News
12.09.2017
Lacoste yeni konceptdə Gənclik Mall-da
02.09.2017
“United Color of Benetton” mağazası yeni konseptlə Park Bulvar AVM-də!
11.04.2017
NOVCO şirkətlər qrupu Bakı Şopinq Festivalın iştirakçısı oldu
23.01.2017
Hakan Atalay Novco Şirkətlər Qrupununa qoşuldu
21.12.2016
Lacoste artıq Park Bulvar AVMdə
20.12.2016
“Novco” şirkətlər qrupu “Jump” marketinq agentliyi ilə müqavilə imzalayıb
Arxiv
 
NOVCO TEAM SPORT ŞİRKƏTİNİN TƏQDİMATI KEÇİRİLMİŞDİR
 

2008-ci ilin 29 aprel tarixində Bakı Əyləncə Mərkəzində Novco Team Sport şirkətinin və NOVCOSPORT idman geyiminin Azərbaycan brendinin təqdimatı keçirilmişdir. Novco Team Sport şirkəti Novco Group şirkətlər qrupuna daxildir.

Tədbirdə çıxış edən Novco Group şirkətinin layihələr üzrə baş meneceri Fərid Axundov qeyd etdi ki, bu günlərdə ölkə idmanı böyük nailiyyətlər əldə etmişdir. Azərbaycan idmançıları beynəlxalq yarışlarda iştirak edir, Azərbaycanda müxtəlif beynəlxalq yarışlar keçirilir. Azərbaycan idmançıları bu yarışlarda medallar qazanırlar. Bu isə ölkə gənclərinin idmana olan marağının artması deməkdir.

Ölkədə idmanın inkişafı ilə əlaqədar olaraq, idman geyiminə və yüksək keyfiyyətli aksessuarlara tələbat da gündəmə çıxmışdır. Novco Team Sport şirkəti Puma, Adidas, Lotto, Diadora, Nike, Umbro və Lescon kimi məşhur şirkətlərin idman geyimlərini və aksessuarlarını təqdim etmək məqsədilə nümayiş otağının (showroom) təşkil edilməsi haqqında qərar verdi. “Showroom” Bakının ən iri biznes-mərkəzlərindən olan Caspian Plaza biznes-mərkəzində açılmışdır.

Cənab Axundov qeyd etdi ki: “Azərbaycan idmançılarına həm kollektiv, həm də fərdi idman növləri üçün məşhur şirkətlərin idman geyimlərini və aksessuarlarını təqdim etməyə hazırıq”.
Hal-hazırda Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunun, xüsusən də yüngül sənayenin, inkişafı müşahidə edilir. Elə bununla əlaqədar olaraq Novco Group şirkəti NOVCOSPORT idman geyimi brendinin yaradılması haqqında qərar çıxardı.

Şirkətin baş meneceri qeyd etdi: “Hal-hazırda Novco Group şirkəti NOVCOSPORT brendi altında idman geyimi və aksessuarların yaradılması üzrə gənclər arasında müsabiqə keçirir. Ümid edirik ki, sözügedən brend ölkədə seviləcək”. Tədbir zamanı Team Sport idman geyimi kolleksiyası və NOVCOSPORT brendi altında istehsal edilən məhsullar təqdim edilmişdir. Təqdimat mərasimində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliynin, Azərbaycanın Olimpiya Komitəsinin, AFFA-nın və ölkənin bir sıra idman federasiyalarının nümayəndələri iştirak etmişdir.

 

 

 
Copyright 2008 Novco L.L.C. All rights reserved. Terms of Use. Privacy Policy
All trademarks registered by their owners. Site by DreamArt
Azerbaijan English Russian